Dövlət sərhədini pozan Ermənistan vətəndaşı ilə bağlı detallar üzə çıxdı

Dövlət sərhədini pozan Ermənistan vətəndaşı ilə bağlı detallar üzə çıxdı

Bakı. TurkicWorld:

Azərbaycan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Raşid Aramis Begleryanla bağlı bəzi detallar üzə çıxıb.

TurkicWorld-un məlumatına görə, o, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib.

Məlumata görə, Beqleryan guya “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var.

xxx

19:37

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Beqleryan saxlanılıb.

Bu barədə TurkicWorld-a DSX-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.