Ombudsman Aparatının nümayəndəsi autizmlə bağlı saytın təqdimat mərasimində iştirak edib

Ombudsman Aparatının nümayəndəsi autizmlə bağlı saytın təqdimat mərasimində iştirak edib

Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə autizm haqqında yaradılmış saytın yenidən bərpası ilə əlaqədar təqdimat mərasimi keçirilib.

Tədbirdə Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Yeganə Quliyeva iştirak edib.

Tədbir iştirakçıları arasında müvafiq sahədə mövcud problemlər, onların həlli yolları ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Y. Quliyeva tədbirdə bildirib ki, Ombudsman tərəfindən həssas əhali qruplarının hüquqlarının müdafiəsi, onların qarşılaşdıqları sosial-hüquqi problemlərin həlli daim diqqətdə saxlanılır.

Tədbirdə o da qeyd olunub ki, Ombudsman “Autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında” xüsusi qanun layihəsinin hazırlanaraq qəbul edilməsini və buna uyğun olaraq, “Autizm spektr pozuntusunun profilaktikası, tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə kompleks şəkildə reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” layihələrinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.