Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb

Bakı.`TurkicWorld:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.