Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına sadiqdir - Paşinyan

Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına sadiqdir - Paşinyan

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına sadiqdir.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Brüsseldə keçiriləcək ABŞ-Aİ-Azərbaycan üçtərəfli görüşündən əvvəl mətbuat konfransında deyib.

"Azərbaycanla 1991-ci il Almatı bəyannaməsi çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşmasına sadiqik. Biz həmçinin sərhədlərin delimitasiyası və tranzit marşrutlarının açılmasının tam tərəfdarıyıq", - o deyib.

Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.