Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək

Bakı. TurkicWorld:

Martın 15-i Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.