Əli Əsədov Aleksey Overçukla görüşüb

Əli Əsədov Aleksey Overçukla görüşüb

Bakı. TurkicWorld:

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən TurkicWorld-a bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.