Ceyhun Bayramov Fransaya işgüzar səfər edib

Ceyhun Bayramov Fransaya işgüzar səfər edib
Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb. Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.