Laçınd ağır qəza - Hərbçilərimiz həlak olub

Laçınd ağır qəza - Hərbçilərimiz həlak olub

Bakı. TurkicWorld:

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - qurumdan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!