Azərbaycan ilə Rusiya baş nazirlərinin müavinləri arasında görüş keçirilib

Azərbaycan ilə Rusiya baş nazirlərinin müavinləri arasında görüş keçirilib

Bakı. TurkicWorld:

Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti xəbər verib.

Bildirilib ki, Aleksey Overçuk və Şahin Mustafayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərinə baxıblar.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarətin inkişafının müsbət dinamikası vurğulandı. Görüşdə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi bildirilib.

Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.