Şahin Mustafayev Rusiya hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb

Şahin Mustafayev Rusiya hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb

Bakı. TurkicWorld:

Oktyabrın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.

Bu barədə TurkicWorld-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.