Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi

Bakı. TurkicWorld:

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və regiondakı son vəziyyəti müzakirə ediblər.