Rəsmi Bakı "3+3" formatında görüşün tarixini açıqladi

Rəsmi Bakı "3+3" formatında görüşün tarixini açıqladi

Bakı. TurkicWorld:

Sabah Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirəcək.

Bunu TurkicWorld -in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

"Bəli, sabah Tehranda "3+3" formatında görüşün keçirilməsi nəzərdə tutulub. Təfərrüatları hələlik məlum deyil. Əlavə məlumat veriləcək", - deyə o bildirib.

Qeyd edək ki, "3+3" formatında Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin 2-ci iclası sabah (23 oktyabr) Tehranda keçiriləcək.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

"3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.