BMT missiyası Qarabağın erməni əhalisinə qarşı pis rəftar hallarının olmadığını təsdiqləyib - Nazir müavini

BMT missiyası Qarabağın erməni əhalisinə qarşı pis rəftar hallarının olmadığını təsdiqləyib - Nazir müavini

Bakı. TurkicWorld:

Sentyabrın 29-da Azərbaycanın dəvəti ilə BMT missiyasının Qarabağa ilk səfərindən əldə edilən məlumatlar təsdiq edir ki, Qarabağın erməni əhalisinə qarşı pis rəftarla bağlı bir hal olsun hal qeydə alınmayıb.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

“Bu, BMT-nin son 30 ildə Qarabağdakı ilk missiyası idi. Azərbaycan və BMT 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı etnik təmizləməni sənədləşdirmək üçün işğal illərində dəfələrlə bu ərazilərə çıxış əldə etməyə cəhd göstərib, lakin Ermənistan dəfələrlə BMT-yə və ya hər hansı digər dövlətə imtina edib”, - nazir müavibi bildirib.

Onun sözlərinə görə, ilk səfər zamanı BMT nümayəndələri yerli əhali ilə görüşüb söhbət ediblər, humanitar yardım və tibbi xidmətlərlə tanış olublar.

“Onlar mülki və ictimai infrastruktura, o cümlədən, xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini binalara heç bir ziyanın dəymədiyini qeydə alıblar. Oktyabrın 9-10-da BMT missiyasının Qarabağa ikinci səfəri olub. Hazırda Azərbaycan birinci əldən məlumat əldə etmək üçün missiyanın hesabatlarını gözləyir".

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.