Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiq edib

Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiq edib

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Paris İqlim Sazişinin təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib.

TurkicWorld-un məlumatına görə, sənəd bir gün əvvəl Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənib.

Paris Sazişi - Birləşmiş Millətlərin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasıdır. Türkiyə 22 aprel 2016-cı il tarixində 21-ci Tərəflər Konfransında həmin sazişi imzalayıb.