Avropa parlamenti ikili standartlardan uzaq dura bilmir

Avropa parlamenti ikili standartlardan uzaq dura bilmir

Bakı. TurkicWorld:

Avropa parlamenti növbəti dəfə siyasi riyakarlıq nümayiş etdirərək Azərbaycana qarşı sanksiyanı dəstəkləyən tövsiyə xarakterli qətnamə qəbul edib.

Qətnamədə Qarabağda Azərbaycanın öz ərazisində terrorçuları zərərsizləşdirib, suverenliyini təmin etdiyinə görə sanskiya tətbiq edilməsi təklif olunur.

İlk növbədə qeyd etmək laızmdır ki, qəbul olunan qətnamənin heç bir hüquqi çəkisi yoxdur, bu daha çox tövsiyə xarakteri daşıyır.

Görünən isə odur ki, Avropa parlamentariləri yenə də öz ampluasındadır və erməni yalanlarını həqiqət kimi qələmə verməyə çalışırlar. Avropa parlamenti növbəti dəfə erməni lobbisinin əlində oyuncağa çevrildiyini bəyan edir. Bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları korrupsiyaya qurşanmış, ermənipərəst Avropa parlamentariləridir. Erməni lobbisi tərəfindən çirkli pullar hesabına maliyyələşən Avropa parlamentariləri öz şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tuturlar.

Onlar unudurlar ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, öz ərazisində terrorizmi aradan qaldırıb, bölgədə insanların təhlükəsiz yaşamasını təmin edən şərait formalaşdırıb. Təbiki bu hadisə çoxlarını narahat etdiyi bəllidir, çünki Azərbaycanın siyasi iradə nümayiş etdirərək terrorizmin qalıqlarını bölgədən təmizləməsi, ərazisuvernliyini təmin etməsi, Azərbaycanın sahib olduğu siyasi-hərbi-iqtisadi güc onları narahat edir. Digər tərəfdən isə Azərbaycana heç bir təzyiq göstərə bilmələri də onları çıxılmaz vəziyyətə salır.

Hər dəfə Avropa parlamenti bir kağız parçası qəbul edir və nəticə isə dəyişməz qalır. Nəhayət Avorpa parlamenti anlamalıdır ki, onun qəbul etdiyi qətnamələr Azərbaycana təzyiq edə biləcək gücə sahib deyil. Əksinə bununla onlar sübut edir ki, bu qrum erməni lobbisinin təsir dairəsindədir və ikili standartlardan uzaq dura bilmir.