Makron özünü Ermənistan deputatı kimi aparır - Rufiz Hafizoğlu "France 24" telekanalına müsahibə verib

Makron özünü Ermənistan deputatı kimi aparır - Rufiz Hafizoğlu "France 24" telekanalına müsahibə verib

Bakı. TurkicWorld:

Açıq şəkildə Ermənistanı müdafiə etməklə, Fransa prezidenti Emmanuel Makron özünü Ermənistan parlamentinin deputatı kimi aparır.

TurkicWorld xəbər verir ki, bunu ərəb dilində yayımlanan "France 24" telekanalına müsahibəsində Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Fransa bu vaxta qədər hər hansı münaşiqəni həll edə bilməyib.

"ATƏT-in Minsk qrupunun üzvü olarkən də Fransa münaqişənin həlli üçün ciddi heç bir şey etməyib. Azərbaycan öz problemini özü həll edib", - deyə o bildiirib.