Bəşəriyyət əleyhinə cinayətlərə qarşı əməkdaşlıqlarımızı davam etdirməliyik - Vuk Jeremiç

Bəşəriyyət əleyhinə cinayətlərə qarşı əməkdaşlıqlarımızı davam etdirməliyik - Vuk Jeremiç

Bakı. TurkicWorld:

Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzabını yaşayan dövlətdir.

TurkicWorld xəbər verir ki, bunu Serbiya Respublikasının keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Vuk Jeremiç "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransda video müraciəti zamanı deyib.

Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə əlaqədar bəzi nailiyyətlərə baxmayaraq, məsələ hələ də qaranlıq olaraq qalır.

"Hazırda müharibə nəticəsində, təəssüf ki, Ukraynada itkin düşən insanların sayı 24 minə çatıb və bu sadəcə dəhşətdir".

V.Jeremiç qeyd edib ki, bu işdə birgə atılan addımlar mümkün nəticənin əldə edilməsi üçün vacib şərtdir.

"Ona görə də bəşəriyyət əleyhinə işlənən cinayətlərə qarşı əməkdaşlıqlarımızı bundan sonra da davam etdirməliyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.