ABŞ-nin erməni iddialarını təkrarlaması qəbuledilməzdir - XİN

ABŞ-nin erməni iddialarını təkrarlaması qəbuledilməzdir - XİN

Bakı. TurkicWorld:

ABŞ-nin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlaması qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşündə deyib.

Görüşdə Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən, ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib.