Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü keçirilib

Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Turkic.World xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, görüş Avstriyanın paytaxtı Vyanada keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində baş tutub.

TBMM sədri Mustafa Şentop Cənubi Koreya, Yəmən və Kamerundan olan həmkarları ilə də görüşüb.