Ceyhun Bayramov Slovakiyada “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masada iştirak edib

Ceyhun Bayramov Slovakiyada “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masada iştirak edib

Bakı. TurkicWorld:

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.

XİN-dən TurkicWorld-a bildirilib ki, tədbirdə, Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.