İsrail mülki əhalinin evlərini hədəf alıb

İsrail mülki əhalinin evlərini hədəf alıb

Bakı. TurkicWorld:

İsrailin Rəfah şəhərinin Təl Əl-Sultan və Əl-Salam məhəllələrində mülki əhalinin yaşadığı evləri hədəf alıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı doqquz nəfər həlak olub.

Qeyd edilib ki, həlak olanlar içərisində altı uşaq olub.

Nuseyrat düşərgəsinin şimalında Vadi körpüsü yaxınlığında İsrailin hücumu nəticəsində ən azı iki nəfər ölüb, digərləri isə yaralanıb.

Şahidlərin bildirdiyinə görə, Qəzza zolağının mərkəzindəki Muğraqa şəhəri və Cisr əl-Vadi bölgəsi yaxınlığında fələstinli döyüşçülərlə İsrail qüvvələri arasında toqquşmalar baş verib.

Hafiz Rufizoğlu