İsrail İran ərazisinə raket zərbələri endirib

İsrail İran ərazisinə raket zərbələri endirib

Bakı. TurkicWorld:

İsrail İran ərazisinə raket zərbələri endirib.

TurkicWorld xəbər verir ki, İran dövlət mediası İranın İsfahan şəhərində hava limanında partlayış səsi eşidildiyini, lakin səbəbin məlum olmadığı bildirilib.

Qeyd edilib ki, İsfahan, Şiraz və Tehran da daxil olmaqla bir sıra şəhərlərə uçuşlar dayandırılıb.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Hafiz Rufizoğlu