İsrail ordusu Qəzzanın cənub hissəsinə intensiv artilleriya hücumu edib

İsrail ordusu Qəzzanın cənub hissəsinə intensiv artilleriya hücumu edib

Bakı, TurkicWorld:

İsrail ordusu səhər saatlarında Qəzza zolağının cənubundakı əraziləri intensiv artilleriya atəşi ilə vurub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağının cənub, cənub-qərbdəki Şeyx Aclin, Tel əl-Heva və əz-Zeytun məhəllələrinə həyata keçirdiyi intensiv artilleriya hücumunda çox sayda fələstinli yaralanıb.

Bundan əlavə, İsrail döyüş təyyarələri Qəzza şəhərində evləri də bombalayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.