Fransa Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

Fransa Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Fransa öz vətəndaşlarına İran, Livan, İsrail və Fələstinə səyahət etmələri barədə xəbərdarlıq edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bildirib.

Xarici işlər naziri Stefan Sejourne Yaxın Şərqdəki vəziyyətlə bağlı böhran iclasında İrandakı fransız diplomatların ailə üzvlərinin təxliyyə edilməsi barədə göstəriş verib.

Bildirilib ki, Fransa dövlət qulluqçularının İran, Livan, İsrail və Fələstin ərazilərində hər hansı vəzifə yerinə yetirməsi qadağan edilib.

Xatırladaq ki, Tehran Dəməşqdəki konsulluğuna hücuma görə İsraildən qisas alacağını açıqlayıb.

Hafiz Rufizoğlu