Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Moskvada həbs edilib

Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Moskvada həbs edilib

Bakı. TurkicWorld:

Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Karen Vanetsyan Moskvada həbs olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyia KİV məlumat yayıb.

Bildirilib ki, Vanetsyan Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə bağlı fırıldaqçılıqda ittiham olunur.

Qeyd edək ki, Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə bağlı fırıldaqçılıqla bağlı, həmçinin, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana da cinayət işi açılıb.

Belə ki, ötən ilin noyabr ayında Ermənistanda prokurorluq Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluq edən şəxsə qarşı cinayət işi açıb.

Sözügedən şəxs cinayət yolu ilə əldə olunan əmlakın qanuniləşdirilməsində və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq məlumatlarına görə, o 2018-ci ildə Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 12,5% faizinə sahib olub, lakin əslində səhmlər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub.