Kreml Paşinyanın KTMT sammitində iştirak etməyəcəyinə təəssüflənir - Peskov

Kreml Paşinyanın KTMT sammitində iştirak etməyəcəyinə təəssüflənir - Peskov

Bakı. TurkicWorld:

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək görüşündə iştirak etməyəcəyinə təəssüflənir.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, həqiqətən, belədirsə, təəssüf etmək olar. Biz başa düşürük ki, hər bir hökumət və ya dövlət başçısının iş qrafikində öz tədbirləri, öz şərtləri ola bilər. Lakin buna yalnız təəssüf etmək olar, çünki bu cür görüşlər fikir mübadiləsi aparmaq, uzlaşmaq üçün çox yaxşı imkandır", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, bir qədər əvvəl erməni KİV baş nazir Nikol Paşinyanın KTMT-nin 23 noyabrda Minskdə keçiriləcək görüşündə iştirak etməyəcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyan ötən ay Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkək şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan da imtina edib.