Fransada daha bir aeroport boşaldılıb

Fransada daha bir aeroport boşaldılıb

Bakı. TurkicWorld:

Fransa-İsveçrə beynəlxalq Bazel-Müluz-Frayburq hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

İsveçrə rəsmiləri qəzetə təsdiqləyiblər ki, hava limanı partlayış təhlükəsi səbəbindən təxliyə edilməli olub.

Qeyd edək ki, oktyabrın 18-də Fransanın 6 böyük hava limanı partlayış təhdidləri daxil olduqdan sonra boşaldılıb. Lill, Tuluza, Nant, Bron, Nitsa, Bove hava limanları partlayış təhdidləri alıb. Bundan başqa, Nitsa aeroportunda şübhəli bağlama barədə xəbərdarlıq daxil olub. Beləliklə, müvafiq hava limanları təcili olaraq boşaldılıb və axtarış işləri aparılır.