Makron mitinqlərdə iştirak edən yeniyetmələrin valideynlərini cərimələmək istəyir

Makron mitinqlərdə iştirak edən yeniyetmələrin valideynlərini cərimələmək istəyir

Bakı. TurkicWorld:

Fransa prezidenti Emmanuel Makron mitinqlərdə iştirak edən yeniyetmələrin valideynlərini cərimələmək istəyir.

Bu barədə Makron "Le Parisien" qəzetinə müsahibəsində bildirib.

"Mitinqlərdə iştirak edən yeniyetmələrin vailideynlərinin cərimə edilməsi lazımdır",-deyə Makron qeyd edib.

Qeyd edək ki, iyulun 2-nə keçən gecə Fransada kütləvi iğtişaşların 719 iştirakçısı saxlanılıb. Qarşıdurma zamanı 45 polis və jandarm yaralanıb. Ötən gecə olduğu kimi 45 min asayiş keşikçisi səfərbər edilib. Ümumilikdə, Fransada iğtişaşlar başlayandan bəri 3,5 minə yaxın adam saxlanılıb.