Fransada iğtişaşlar zamanı 427 nəfər saxlanılıb

Fransada iğtişaşlar zamanı 427 nəfər saxlanılıb

Bakı. TurkicWorld:

Fransa polisləri bu gecə ərzində ölkədə davam edən iğtişaşların 427 iştirakçısını saxlayıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Dermanen özünün "Twitter" səhifəsində yazıb.

"Axşam saatlarından indiyədək 427 nəfəri saxlayan polisin qətiyyətli hərəkətləri sayəsində gecə daha sakit keçib", - deyə o bildirib.