Ombudsman Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış təsisatdır - Səbinə Əliyeva

Ombudsman Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış təsisatdır - Səbinə Əliyeva

Bakı. TurkicWorld:

Ombudsman birbaşa Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış təsisatdır. Biz hər zaman çalışırıq ki, işimizdə bu böyük etimadı doğruldaq. İl ərzində həm Bakı şəhərində, həm regionlarda müxtəlif tədbirlər həyata keçirilir və bunların davamı gözlənilir.

TurkicWorld-un məlumatına görə, bunu mayın 9-da Ombudsman Səbinə Əliyeva Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalayıb.

"Bu, əhatəsinə görə ən geniş əfv sərəncamıdır və ümumilikdə 801 məhkuma şamil olunub. Onlardan 59-u ilə bağlı Ombudsmanın vəsatətləri nəzərə alınıb. Ümumilikdə ölkəmizdə əfv və amnistiyanın geniş tətbiqi bilavasitə Ulu öndərin adı ilə bağlıdır", - deyə o əlavə edib.