Azərbaycan idmançıları İrəvandakı hoteldən buraxılmırlar, mətbuata çıxışları yoxdur - Fərid Qayıbov

Azərbaycan idmançıları İrəvandakı hoteldən buraxılmırlar, mətbuata çıxışları yoxdur - Fərid Qayıbov

Bakı. TurkicWorld:

İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək.

TurkicWorld-in məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov tvitter hesabında paylaşım edib.

"Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mehmanxanada məskunlaşıblar", - deyə o əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın "təhlükəsizlik" bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir.