Türkiyənin hava hücumundan müdafiə sisteminin yeni sınaqları keçirilir

Türkiyənin hava hücumundan müdafiə sisteminin yeni sınaqları keçirilir

Bakı. TurkicWorld:

Yaxın vaxtlarda Türkiyənin milli hava hücumundan müdafiə (HHM) sistemi olan “SİPER”in yeni sınaqları keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə NTV telekanalına müsahibəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin, 2023-cü ildə yerli istehsal olan "Hurjet" döyüş təyyarəsinin ilk uçuşunu reallaşdıracaq.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin istehsalı olan "SİPER" Rusiyanın "S-400" və ABŞ-ın "Patriot" HHM sistemlərinin alternativi olacaq. Sistemin 2023-cü ildə ordunun silahlanmasına daxil olacağı gözlənilir.