Gürcüstan səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Bakı. TurkicWorld:

Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşım yerləşdirilib.

"Gürcüstan Səfirliyi dost Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, Azərbaycan dövlətinə və xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayır", - paylaşımda deyilir.