3 hərbçi yoldaşını öldürüb qaçan şəxs saxlanıldı - Baş Prokurorluq

3 hərbçi yoldaşını öldürüb qaçan şəxs saxlanıldı - Baş Prokurorluq

Qubadlıda 3 hərbçi yoldaşını öldürüb qaçan kiçik çavuş Elxan Əvəzli saxlanılıb.

Bu barədə TurkicWorld-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda qeyd edilir: "Yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.