Ermənistanda “Sisak” adlı silahlı dəstənin başçısı Aşot Minasyan həbs edilib.
TurkicWorld erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan məlumat verib.
O bildirib ki, Aşot Minasyanın həbsi hökumətin sifarişidir.
Məlumata görə, A. Minasyan Azərbaycanın Qarabağ bölgəsinin işğal prosesində və 44 günlük döyüşlərdə iştirak edib.