Paşinyan açıqladı: "Azərbaycanla sülh sazişi imzalamağa hazırıq"

Paşinyan açıqladı: "Azərbaycanla sülh sazişi imzalamağa hazırıq"

"Rusiya üç dəfə Azərbaycanla sərhəddə delimitasiya və demarkasiya aparılması ilə bağlı təklifini verib".

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

O iddia edib ki, hər üç halda onlar bu prosesi davam etdirməyə razılaşıblar: "Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik".

Paşinyan deyib ki, Azərbaycan və Ermənistan sərhəd xəttində vəziyyətin sülh yolu ilə həlli vacibdir: “Delimitasiya və demarkasiya məsələləri də daxil olmaqla bizim bütün təkliflərimiz qüvvədə qalır”.

Xatırladaq ki, Azərbaycan aylardır delimitasiya və demarkasiyanınn aparılması üçün İrəvana çağırışlar edir.