Qırğızıstan suyun ehtiyatlı idarə olunmasına çalışır - Akılbek Japarov

Qırğızıstan suyun ehtiyatlı idarə olunmasına çalışır - Akılbek Japarov

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikası öz su ehtiyatlarının ehtiyatla idarə olunmasına sadiqdir və “hər damcı vacibdir” prinsipi ilə hərəkət edir.

TurkicWorld xəbər verir ki bu haqda, Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri - Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov Vaşinqtonda (ABŞ) su sektorunun inkişafına dair dəyirmi masa görüşündə çıxışında bildirib.

Məlumat üçün qeyd edək ki, dəyirmi masada təhlükəsiz içməli suya çıxış, kanalizasiyanın yaxşılaşdırılması və suvarma sistemlərinin təkmilləşdirilməsi məsələləri də müzakirə olunub.

“Biz Mərkəzi Asiyada yeganə ölkələrdən biriyik ki, burada su ehtiyatları tamamilə öz buzlaqlarımız hesabına istehsal olunur. Çayların orta illik axını 48,7 kub kilometrdir. Bu fakt ölkəmizi regional miqyasda çay axınının formalaşma regionu olan ölkələr sırasına daxil edir” – deyə o qeyd edib.

Qeyd edək ki, tədbir Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun yaz görüşləri çərçivəsində baş tutub və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda (ABŞ) keçirilən Su Konfransı zamanı başlanmış geniş dialoqun məntiqi davamıdır.

Twitter: @rufizoglu