Formula 1 komandalarının sərbəst yürüşündə Fransalı pilotun avtomobili yanıb

Formula 1 komandalarının sərbəst yürüşündə Fransalı pilotun avtomobili yanıb

Bakı. TurkicWorld:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşündə boliddə yanğın baş verib.

TurkicWorld-un məlumatına görə, "Alpine" komandasının fransalı pilotu Pierre Qaslinin idarə etdiyi boliddə yanğın baş verib. Yanğın dərhal söndürülüb və bolid trekdən çıxarılıb.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.

28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.