Partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir - FHN

Partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir - FHN

Bakı. TurkicWorld:

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə TurkicWorld-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.