Qızılağac Milli Parkındakı yanğınla mübarizəyə iki helikopter cəlb olunub

Qızılağac Milli Parkındakı yanğınla mübarizəyə iki helikopter cəlb olunub

Bakı. TurkicWorld:

Xəbər verildiyi kimi, Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyindən TurkicWorld-a bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.