Azərbaycan neftinin Tacikistan emal zavodlarına tədarükü məsələsi müzakirə olunub

Azərbaycan neftinin Tacikistan emal zavodlarına tədarükü məsələsi müzakirə olunub

Bakı. TurkicWorld:

Tacikistanın "Dəngərə" Azad İqtisadi Zonasında yerləşən neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neftin nəqli məsələsi müzakirə olunub.

TurkicWorld xəbər verir ki, müzakirələr Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavkizoda Zavqi Aminin baş nazir Əli Əsədovla görüşü zamanı aparılıb.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə sənaye müəssisələrinin, o cümlədən Tacikistanın azad iqtisadi zonaları çərçivəsində yaradılması məsələlərinə diqqət yetiriblər.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 1,349 milyon ABŞ dolları təşkil edib.