Azərbaycan Rusiya istiqamətində elektrik enerjisi verilişi xəttini genişləndirməyi planlaşdırır - "Azərenerji"

Azərbaycan Rusiya istiqamətində elektrik enerjisi verilişi xəttini genişləndirməyi planlaşdırır - "Azərenerji"

Azərbaycan Rusiya istiqamətində elektrik enerjisi verilişi xəttini genişləndirməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, bunu "Azərenerji" ASC-nin prezidenti Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

"Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və hətta onu ixrac edir. Ölkəmizdə enerji istehsalı ilə məşğul olan bir neçə şirkət var. Son beş il ərzində elektrik enerjisi istehsalının artımı məqsədilə bəzi şirkətklər üçün texniki göstəricilər azaldılıb, müasir avadanlıqlar alınıb. Gürcüstanın, Rusiyanın, İranın yaşayış məntəqərərinə elektrik enerjisi xətləri çəkilib. Həm də Rusiya istiqamətində bu xətləri genişləndirmək planlaşdırılır. Biz həm də digər qonşu ölkələrə elektrik enerjisi ixracını arıtmağı planlaşdırırıq", - deyə o bildirib.

Azad edilmiş ərazilərdə görülən işlər barədə danışan B.Rzayev qeyd edib ki, "Azərenerji" 600 meqavatt gücündə yeni stansiya inşa edib, 400-dən çox obyekt quraşdırılıb.

"Bir sıra şəhər və rayonlarda yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan-1 və Suqovuşan-2 kiçik su elektrik stansiyaları istifadəyə verilib. Bundan başqa, 130 meqavatt gücündə yarımstansiya ilə bağlı işlər davam edir. Cəbrayıl rayonunda 230 meqavatt gücündə yarımstansiyanın tikintisi planlaşdırılır", - B.Rzayev deyib.