Növbəti "Azərbaycan-Türkiyə Enerji Forumu" Türkiyədə keçiriləcək

Növbəti "Azərbaycan-Türkiyə Enerji Forumu" Türkiyədə keçiriləcək

Növbəti Enerji Forumu Türkiyədə keçirləcək.

TurkicWorld-un məlumatına görə bunu Azərbaycan - Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan iki bədəndə yaşayan tək ruhdur.

"Bizim gücümüz qardaşlığımızdır. Ölkələrimiz arasında enerji əməkdaşlığı yalnız karbohidrogenlə limitlənmir. Azərbaycanın Zəfər ilə taclandırdığı, işğaldan azad etdiyi ərazilərdə sülhün bərpası və quruculuq işlərində Azərbaycanın yanında olmağa davam edəcəyik. Forum çərçivəsində imzalanacaq sənədlərin bütün sektorların xeyrinə olacağını düşünürəm. Ölkələrimiz arasında həyata keçirilən layihələr əməkdaşlığımızın nə qədər böyük potensiala sahib olduğunu göstərir", - deyə nazir əlavə edib.