...

Azərbaycan neftinin qiyməti 83 dolları ötüb

Energetika Digər xəbərlər 24 Noyabr 2021 11:12
TurkicWorld Aytac Aliyeva
Azərbaycan neftinin qiyməti 83 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 83,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti