Azərbaycan "ACWA Power" və "Masdar" ilə yeni memorandum imzalayıb

Azərbaycan "ACWA Power" və "Masdar" ilə yeni memorandum imzalayıb

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "ACWA Power" və "Masdar" şirkətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 500 meqavatt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalayıb.

TurkicWorld bu barədə cümə günü "ACWA Power" şirkətinə istinadən xəbər verir.

Sənədi "ACWA Power"in baş investisiya direktoru Tomas Brostrom, "Masdar"ın baş icraçı direktoru Məhəmməd Cəmil Əl Ramahi və SOCAR-ın vitse-prezidenti Əfqan İsayev imzalayıblar.

Məlumata görə, Anlaşma Memorandumunu imzalayan tərəflər bərpa olunan enerji sahəsində layihələrin hazırlanmasının sürətləndirillməsi üçün təcrübələrini birləşdirəcək və bu dekorbanizasiya prosesinə təkan verməklə yanaşı, Azərbaycana tullantıların sıfır səviyyəsinə nail olmaq üzrə məqsədlərinə nail olmaqda kömək edəcək.

Qeyd edək ki, "ACWA Power" Azərbaycan bazarına 2019-cu ildə daxil olub. Şirkət hazırda Azərbaycanda 240 meqavatt gücündə külək enerjisi stansiyası layihəsi üzərində çalışır. Layihənin investisiya dəyəri 286 milyon ABŞ dollarıdır. Bu ilin əvvəlində Azərbaycanın Energetika Nazirliyi ilə 1 qiqavatt gücündə yerüstü külək elektrik stansiyası, 1,5 qiqavatt gücündə külək elektrik stansiyası və digər layihələr də daxil olmaqla, meqa layihələrin icrasına dair dörd saziş imzalanıb.

"Masdar" Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərir. Şirkət 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyası layihəsini həyata keçirib. "Masdar" və Azərbaycan bərpa olunan enerji layihələrinin ümumi gücünü aparıcı texnologiyalar hesabına 10 qiqavattadək genişləndirmək imkanı barədə razılığa gəliblər.