Azərbaycan Aİ-nin enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayır - Slovakiya səfiri

Azərbaycan Aİ-nin enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayır - Slovakiya səfiri

Bakı. TurkicWorld:

Azərbaycanın Avropa İttifaqının (Aİ) enerji mənbələrinin diversifikasiyasında rolu böyük əhəmiyyət kəsb edir.

TurkicWorld cümə axşamı xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak "Vişeqrad qrupu ölkələri və Azərbaycan" mövzusunda keçirilən beynəlxalq seminarda jurnalistlərə deyib.

"Aİ müxtəlif enerji mənbələrini aktiv şəkildə tədqiq etmək barədə qərar qəbul edib və Azərbaycan neft və qazla zəngin ölkə olaraq bu sahədə mühüm rol oynayır. Bundan başqa, Azərbaycan müvafiq təşəbbüs göstərərək Aİ ilə əməkdaşlığa hazır olduğunu bildirir", - səfir deyib.

M.Layçakın sözlərinə görə, Ukraynadakı müharibə enerji və ərzaq sahələrində böhrana səbəb olub. Bu da öz növbəsində inflyasiyanın sürətlənməsi və pul siyasətinin sərtləşdirilməsi ilə nəticələnib. Bu vəziyyətdə Vişeqrad qrupu Azərbaycanla ümumi maraqlar əsasında əməkdaşlıq üçün əlavə imkanlar görür.

Qeyd edək ki, seminar Rusiya-Ukrayna müharibəsinin fonunda yaranmış enerji böhranı ilə bağlı problemlərə və onların həlli yollarına həsr olunub. Tədbirdə, həmçinin gələcək texnoloji transformasiyanın Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün çağırışları müzakirə olunacaq.

Seminarda Azərbaycan, Slovakiya, Polşa və Macarıstandan ekspert və rəsmilər, diplomatik korpus nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)