2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb – Samir Şərifov

2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb – Samir Şərifov

Bakı. TurkicWorld:

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb.

TurkicWorld-un məlumatına görə, bunu informasiya agentliklərinə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, əsas istiqamətləri cənab Prezident İlham Əliyev öz çıxışında göstərib.

"İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramının sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulmuşdur", - deyə nazir əlavə edib.