Ötən il ölkədə 1 milyon hektardan çox taxıl əkilib

Ötən il ölkədə 1 milyon hektardan çox taxıl əkilib

Bakı. TurkicWorld:

Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu rəqəm 2021-ci illə müqayisədə 4,2 faiz çox olub. Ötən il 657 min 900 hektarda buğda əkilib ki, bu da 2021-ci illə müqayisədə 9,3 faiz çoxdur. Ötən il həmçinin 399 min 700 hektarda arpa, 200 hektarda isə çovdar əkilib.

Xatırladaq ki, 2021-ci ildə ölkə üzrə 1 milyon 28 hektar taxıl əkilib. Bunun 602 min 100 hektarı buğda, 413 min 600 hektarı arpa, 200 hektarı isə çovdar olub.