Latviya Agentliyi ilə AZPROMO arasında anlaşma memorandumu imzalanacaq

Latviya Agentliyi ilə AZPROMO arasında anlaşma memorandumu imzalanacaq

Bakı. TurkicWorld:

Latviya İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında anlaşma memorandumu imzalanacaq. Bu, əməkdaşlığımızın, sıx iqtisadi-ticarət əlaqələrimizin bariz nümunəsi olacaqdır.

TurkicWorld-un məlumatına görə, bunu çərşənbə günü Bakıda Latviya və Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Latviya Respublikasının Prezidenti Egils Levits deyib.

"Bu, ticarət əlaqələrimizin inkişafı üçün hüquqi baza rolunu oynayacaq. Bu sənəd Azərbaycanda Latviya şirkətləri və Latviyada Azərbaycan şirkətləri üçün daha geniş imkanlar yaradacaq", - deyə Egils Levits bildirib.

Onun sözlərinə görə, Latviya həm də nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlıdır, çünki ölkə Avropanın şimalında inkişaf edən iqtisadiyyatdır.