Yanvar-noyabr aylarında Türkiyənin Qırğızıstana elektrik avadanlıqları ixracı azalıb

Yanvar-noyabr aylarında Türkiyənin Qırğızıstana elektrik avadanlıqları ixracı azalıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Qırğızıstan elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azaldaraq 21,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Qırğızıstana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 51,2 faiz artıraraq 2,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 13,7 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 15 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.